Parlamentdə qeyri-adi olaylar: uşaq əmizdirən, pornoya baxan deputatlar.... (FOTO+VİDEO)

Parlamentdə qeyri-adi olaylar: uşaq əmizdirən, pornoya baxan deputatlar.... (FOTO+VİDEO)
  27 İyul 2015    Oxunub:29186
Deputatların görünməyən üzləri: kimi pornoya baxır, kimisi də mobil telefonda oyun oynayır

Bir neçə gün bundan öncə Argentina parlamentində çəkilən bir foto geniş müzakirələrə səbəb olub. 37 yaşlı deputat Viktoriya Donda Perez parlamentin iclasına 8 aylıq qızı ilə birlikdə qatılıb. Qızğın müzakirələr zamanı körpəsinin acdığını görən xanım deputat qızını elə əyləşdiyi masadaca əmizdirib və daha sonra çıxışına davam edib.

Ara-sıra dünya parlamentlərində baş verən bu kimi hadisələr medianın gözündən yayınmayıb və müxtəlif ölkələrin deputatları yaratdıqları maraqlı hadisələrlə saytların və dünyaca məşhur qəzetlərin ön səhifələrinə düşüblər.

AzVision.az dünyanın müxtəlif ölkələrinin parlamentarilərinin başına gələn maraqlı hadisələri təqdim edir: İrəvanda keçirilən “Avropa Birliyi və Ermənistan arasında münasibətlərin perspektivlərinə” həsr olunan iclasda Ermənistan parlamentinin deputatlarından biri mobil telefonunda pornoqrafik şəkillərə baxarkən görüntülənib.



Britaniyada da deputat Parlamentdə oxşar hadisə ilə qarşılaşıb. Böyük Britaniya Parlamentinin deputatı məhkəmə islahatına həsr edilən dinləmə zamanı heç planşetdə “Candy Crush” oyunu oynayarkən yaxalanıb.



Çexiyada da anoloji qalmaqal yaşanıb. Ölkənin xarici işlər naziri Karl Şvarsenberq prezident Miloş Zemanın parlamentdə çıxışı zamanı yatıb. Dövlət başçısı ölkənin məhz xarici siyasəti məsələsi və məqsədlərindən danışdığı zaman nazir yatdığından yeni səfirlərin təyin olunması ilə bağlı ünvanına səsləndirilən tənqidləri qaçırıb. Prezident nazirin yatdığını görüb. Bundan sonra zalda gülüş səsləri eşidilib. Şvarsenberqin müxalif partiyasının üzvləri isə buna etiraz əlaməti olaraq, zalı tərk ediblər.



Adı həmişə qalmaqallarda hallanan Ukraynanın Radikal partiyasının lideri Oleq Lyaşko da qalmaqallı foto ilə gündəmə düşə bilib. Ali Radanın iclası zamanı Ukrayna Radikal partiyasının başçısı Oleq Lyaşko öz mobil telefonunda kişilərin yarıçılpaq şəkillərinə baxarkən yaxalanıb. Bu haqda parlamentin fotoqrafı Boqdan Bortakov “Facebook”da yazıb. Bortakov həmçinin həmin şəkilləri öz səhifəsində dərc edib.



İrlandiya Milli Məclisində baş verən bu hadisə gündəmə “qucaq qalmaqalı” ilə düşüb. Parlamentdə fasilə zamanı deputat Tom Barry yanından keçən qadın həmkarı Aine Collinsin qolundan tutaraq qucağında oturdub. Qadın deputat isə bu zarafata heç bir reaksiya verməyib. Nəticədə “qucaq qalmaqalı” ölkə mediasının gündəm mövzusu olub. Bir neçə millət vəkili baş verən hadisəyə etiraz edərək onların vəzifədən azad olunmalarını tələb ediblər.



Avropa Parlamentində gedən müzakirələr zamanı polşalı deputat Yanuş Korvin-Mikkenin (Janusz Korvin-Mikke) çıxışında hitlersayağı salamlama formasından istifadə etməsi siyasi qalmaqala gətirib çıxarıb. Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, polşalı deputatın bu hərəkəti Parlamentdə böyük gərginliyə səbəb olub. Deputat Avropa İttifaqında qatar biletlərilə bağlı çıxışının sonunda digər deputatlara vahid, bir və yekdil olmağın zamanı yetişdiyini bildirib. Yekunda isə o, “Vahid Reyx, vahid Xalq, vahid Bilet” ifadəsi işlədərək, hər kəsi neonasizmə səsləyib.

Qeyd edək ki, 72 yaşlı polşalı deputat siyasi baxışlarına görə sağçıdır. O, hətta yəhudilərin Polşada gettolara toplanmasını tələb edir. Ukrayna münaqişəsinin yaranmasında isə birbaşa ABŞ-ı günahlandırır.



Braziliya parlamentində deputatlardan biri iclas zamanı mobil telefonunda pornoya baxarkən yaxalanıb. Sosial Demokrat Partiyasından millət vəkili olan Joao Rodriques SBT telekanalının kameralarına düşüb. Belə ki, deputat iclasda rahat şəkildə porno izlədikdən sonra yanında oturan həmkarına da göstərib. Daha sonra deputat jurnalistlərin suallarını cavablandırıb. Videonu istəmədən “WhatsApp”dan aldığını bildirən braziliyalı vəkil onu silmək istədiyini deyib.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Norçin də bu qəbilədən olan şəxslərdəndir. Belə ki, siyasətçi dumanın iclası gedən zaman sosial şəbəkdəki səhifəsində porno şəkillər paylaşıb. Açıq şəkillərin paylaşmasına siyasətçi belə aydınlıq gətirib: “Bu, bilmədən oldu. Əlim düyməyə dəydi və paylaşdım. Heç bu cür etmək fikrim yoxdu”.



İtaliyada baş nazir Silvio Berluskoninin partiyasından olan deputat parlamentdə xoşagəlməz vəziyyətə düşüb. Qızğın müzakirələrin getdiyi bir vaxtda, Simeone De agno Abbrescia adlı deputat “iPod”u ilə lüt qızlara baxırmış.

Bu olaya münasibət bildirən deputat: “Burda pis nə var ki? Yorğun olarkən “iPod” vasitəsi ilə fikrimizi yayındırırıq. Bu, faciə yaradacaq bir mövzu deyil, yalnız əyləncədir”-deyə bildirib.



İtaliyada cinsi azlıqlara qarşı ayrı-seçkiliyə etiraz olaraq qadın millət vəkilləri qadın, kişilər isə kişi həmkarları ilə dodaq-dodağa öpüşməyə başlayıblar. Təbii ki, bu olay mətbuatın ön səhifələrini bəzəyib.



Yunanıstan parlamentində səsvermə zamanı kişi siyasətçilər qadın həmkarına qarşı maraqlı bir jest ediblər. Hətta bu jest “vulqar və seksual meyillilik” kimi də qiymətləndirilib.

Qadın deputatlardan biri paltosunu çıxararaq, parlamentdə yerləşən kreslolardan birinin üstünə qoyub, özü isə başqa yerdə əyləşib. Bu zaman deputat Qriqoris Psarianos həmkarının paltosunu iyləməyə başlayır. Maraqlıdır ki, Qriqorisə paltonu iyləməyə digər bir parlament üzvü də yardım edib.

Adətən parlamentdə qanun layihələri müzakirə olunsa da Uqanda parlamentdə prezervativlər müzakirəyə çıxarılıb. Uqandalı kişilər bazardakı prezervativlərin kiçik olmasından şikayət ediblər. Parlamentin HİV və AİDS-lə Mübarizə Komitəsinin üzvü, deputat Tom Aza virusun ən çox yayıldığı bölgələrə getdiklərində maraqlı bir problemlə qarşılaşdıqlarını söyləyib. Standart prezervativlərin hər kəsə uyğun gəlmədiyini bildirən millət vəkili : “Bu bölgədə yaşayan kişilərin daha böyük cinsi orqanları olduğundan, böyük prezervativlərə ehtiyac duyurlar”,- deyə bildirib.

Şikayətlərin ardından Uqanda parlamenti işə qarışıb və daha böyük prezervativlər istehsalı üçün müvafiq qərarlar veriblər.



Qardaş Türkiyə Parlamentində də hər kəsin diqqətini özünə çəkəcək hadisə baş verib. Hadisəyə səbəb kürd partiyası BDP-nin TBMM-dəki millət vəkili Sırrı Sürəyya Önderin etiraz aksiyaları və polis əməkdaşlarının aksiya iştirakçılarına qaz bombası atması məsələsini müzakirə edərkən baş verib. Önder şalvarını soyunaraq bədənindəki çapığı hər kəsə göstərib.



Hazırladı: Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti