Mövsümün ən bahalı transferi - 65 milyon

Mövsümün ən bahalı transferi - 65 milyon
  24 İyul 2015    Oxunub:8224
`İngiltərənin `Mançester Yunayted` klubunun yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını Fransanın `PSJ` klubunda davam etdirəcək.
Bu barədə AzVision.az ` France Football`-a istinadən xəbər verir.

Məlumata əsasən Fransa təmsilçisi argentinalı oyunçu üçün `MY`ya 65 milyon avro ödəyəcək.

Di Mariyanın bu gün və ya sabah Parisə gedəcəyi bildirilir.

Qeyd edək ki, bu hazırkı mövsümdə gerçəkləşdirilən ən bahalı transferdir. Buna qədər isə ən bahalı keçid Rahim Sterlinqin `Liverpuldan`dan `Mançester Sitiyə`ya keçidi idi. Belə ki, şəhər təmsilçiləri İngiltərə millisnin yarımmüdafiəçisinin keçidi üçün `Liverpul`a təmsilçisinə 49 milyon funt sterlinq ödəmişdilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti