`Mançester Yunayted` Ronaldunu almağa hazırdır

`Mançester Yunayted` Ronaldunu almağa hazırdır
  24 İyul 2015    Oxunub:2636
İngiltərənin `Mançester Yunayted` klubu Madridin `Real` klubunun hücumçusu Kriştianu Ronaldunu geri, komandaya qaytarmaq niyyətindədir.

Bu barədə AzVision.az `Gazeta.ru`ya istinadən xəbər verir.

Manukunyanlar hətta Ronaldu üçün klubun transfer rekordunu da yeniləməyə hazırdırlar.

Qeyd edək ki, bu rekord ötən il 59,7 milyon funt sterlinqə `Real`dan `MY`-ya keçən Anhel Di Mariyaya məxsusdur.

Kriştianu Ronaldunun `Real`la müqaviləsi 2018-ci ildə bitir. Onun Rafael Benitesin `Real`a baş məşqçi təyin olunmasından narazı olduğu bildirilir.

Xatırladaq ki, Ronaldu `MY`dan `Real`a 2009-cu ildə 80 milyopn funt sterlinqə keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti