Cahangir Hacıyev "İnter"in oyununda

Cahangir Hacıyev "İnter"in oyununda
  24 İyul 2015    Oxunub:2801
İyulun 23-də futbol üzrə UEFA Avropa Liqasındakı təmsilçilərimizdən Bakının “İnter” komandası ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.
“İnter” komandası “Şəfa” stadionunda İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib.

Öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "İnter"in sahibi, Beynəlxalq bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb.

Qol.Az-ın məlumatına görə, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.

Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən C.Hacıyev "İnter"in tarixi uğuruna şahidlik edib.


Teqlər:





Xəbər lenti