Maşını polisin üstünə sürdü - VİDEO

Maşını polisin üstünə sürdü - VİDEO
  14 İyul 2015    Oxunub:2549
Baş DYP idarəsinin istirahət günləri Gəncə-Qazax magistralında keçirdiyi reydlər zamanı yüzlərlə sürücü cərimələnib.

Tovuzdan başlayan reyd zamanı polislər daha çox sənədsiz sükan arxasında əyləşənləri aşkarlayıb. Sərnişindaşıma ilə məşğul olan sürücüyə haqq qazandıran sərnişinlər də tapılıb.

Qazaxda isə sərxoş sürücülər çoxluq təşkil edib. Yerində aparılan həkim yoxlaması bunu deməyə əsas verir. Hətta, avtomobili yol polisinin üstünə sürənlər də tapılıb.

Şəmkirdə də xeyli qayda pozuntusu aşkarlanıb. Onlarla sürücü inzibati qaydada cərimələnib.

Ümumilikdə, 300-ə yaxın sürücüyə inzibati protokol tərtib edilib. (Region TV)





Teqlər:





Xəbər lenti