“Çətin oyun olacaq” - Qurban Qurbanov

“Çətin oyun olacaq” - Qurban Qurbanov
  22 İyun 2015    Oxunub:3187
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov klubun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqro çempionu "Rudar"la görüşməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, püşkatmadan sonra təəssüratlarını bölüşən baş məşqçi bunları deyib:

“İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi əvvəlcə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. İyunun 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq.

Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onlar bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Bu oyun bizə hamısından daha önəmlidir. Deyərdim ki, bu tur "play-off" qarşılaşmasından daha önəmlidir".


Teqlər:





Xəbər lenti