Yumurtayla maraqlı təcrübə - FOTOLAR

Yumurtayla maraqlı təcrübə - FOTOLAR
  03 İyun 2013    Oxunub:4962
Çiy yumurtanı iki gün sirkənin içərisində saxlasanız qabığı tamamilə soyular, və...
Məlum olduğu kimi yumurtanın qabığında kalsium karbonat var ki, bu da onu kifayət qədər möhkəm edir. Sirkənin tərkibində isə xüsusi turşu var ki, sirkə turşusu adlanan bu maddə yumurtanın qabığını əridir və yumurta elastikləşir. Nəticədə o, jeleyə bənzər topa çevrilir. Əgər siz də bu təcrübəni sınaqdan keçirsəniz əyləncəli rezin top əldə edə bilərsiniz.

Fərq etməz, çiy və ya bişmiş yumurtanı 9% -li sirkə tökdüyünüz qabın içərisinə yerləşdirin. İki gün gözləyin, yumurtanın qabığı tamamilə əriyəndən sonra, onu su ilə yuyun. İşıq altında bu kiçik top daha maraqlı görünür.
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti