İdmançımız gümüş medal qazandı - Yenilənib

İdmançımız gümüş medal qazandı - Yenilənib
  16 İyun 2015    Oxunub:3122
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla 500 metr məsafədə final yürüşündə çıxış edib.
Azvision.az xəbər verir ki, 33 yaşlı idmançı finişə 2 dəqiqə 5,583 saniyəyə çatıb. Bununla o, final yürüşündə 5-ci yeri tutub.

Qızıl medalı isə Macarıstanlı Danuta Kozak (2:03.569) qazanıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya bu gün saat 15:05-də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə də final yürüşündə çıxış edəcək.

**

Bakı-2015 I Avropa Oyunlarının Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb.

Demyanenko yarışın qalibi latviyalı Henrikas Justautasdan geri qalıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışda 2-ci olub. Çexiyadan olan idmançı Marton Foksa isə 3-cü olub.

Mirnazim Cavadov isə 200 metr məsafədə B finalında start xəttinə çıxıb. O, 7-ci olub.



Teqlər:  





Xəbər lenti