İki güləşçimiz finalda- FOTOLAR (Yenilənir)

İki güləşçimiz finalda- FOTOLAR (Yenilənir)
  13 İyun 2015    Oxunub:10664
Bu gün həmçinin Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarına start veriləcək.
AzVision.az-ın məlumatına görə, yarışın ilk günündə 4 idmançımız mübarizə aparacaq. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.

İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq.

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)

71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)
80 kq

1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)
98 kq

1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)

İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayır.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

***

1/8 final mәrhәlәsində 98 kq-da mübarizә aparan Orxan Nuriyev isveçli idmançı Teodoros Tunisdisis qarşı mübarizәdə qalib gəlib. İdmançımız rəqibini 4-1 hesabı ilə məğlub edib növbəti mərhələyə yüksəldi.
***

Daha bir idmançımız 59 kq-da mübarizә aparan Elman Muxtarov gürcü Meladze Gizo ilә qarşılaşmadan qalib ayrılıb. İdmançımız rəqibinə 5-3 hesabı ilə qalib gəldi.

***

71 kq-da mübarizә aparan Rәsul Çunayev moldovalı Kataraqa Daniellә qüvvәsini sınayıb və qalib gəlib. İdmançımız 7-6 hesabı ilə rəqibini məğlub edib.

***

80 kq-da ölkәmizi tәmsil edәn Rafiq Hüseynov iavstriyalı Vaqner Mayklla üz-üzә gәlib. Rafiq Hüseynov 11-0 hesabı ilə qələbə qazandı.

***
98 kq-da mübarizə aparan Orxan Nuriyev 1/4 final mərhələsində görüşə çıxıb. O, litvali Vilius Laurinatislə qarşılaşıb və 9-1 hesabı ilə qalib gəldi.

***

59 kq çəki dərəcəsində yarışan güləşçimiz Elman Muxtarov da xalçaya çıxıb. Onun rəqibi norveçli Sitg-Andre Berq idi. Elman Muxtarov 7-6 hesabı ilə qalib gəldi.

***

71 kq-da mübarizə aparan Rəsul Çunayev xotvatiyalı Etlinqer Dominiklə qarşılaşıb. O, 4-0 hesabı ilə qələbə qazanıb.

***

80 kq-da mübarizə aparan Rafiq Hüseynov bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb. O, da növbəti dəfə 10-0 təmiz qələbə qazanıb.

***

Yarımfinal mərhələsində 59 kq-da Elman Muxtarov rusiyalı Stepan Maryanyanla qarşılaşıb. O, rəqibinə 1-4 hesabı ilə məğlub olub.

***

71 kq-da Rəsul Çunayev növbəti görüşünə çıxıb. O, bolqarıstanlı Kostadinov Svilen ilə qarşıaşıb və 10-0 hesabı ilə təmiz qələbə qazanaraq finala vəsiqə qazanıb.

***

98 kq Orxan Nuriyev rusiyalı İslam Maqomodevlə qarşılaşıb və 1-3 hesabı ilə idmançımız məğlub oldu.

***

80 kq-da mübarizə aparan Rafiq Hüseynov türkiyəli Səlçuk Cəbi ilə qarşılaşıb. Hüseynov 3-cü təmiz qələbəsini qazanaraq finala çıxıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti