“Sky Sport” Avropa Oyunlarını canlı yayımlayacaq

“Sky Sport” Avropa Oyunlarını canlı yayımlayacaq
  05 İyun 2015    Oxunub:1306
Azərbaycan paytaxtında təşkil olunacaq və ilk dəfə keçiriləcək Avropa Oyunları məşhur “Sky Sport” vasitəsilə canlı yayımlanacaq.
Bu barədə telekanalın saytında məlumat verilib.

Xəbərdə bildirilir ki, Azərbaycanın qədim Bakı şəhəri yarışlar üçün 6000-dən çox idmançını qəbul edəcək: “İlk Avropa Oyunları zamanı 20 idman növü üzrə yarışlar keçiriləcək və onlardan 16-sı Olimpiya növü üzrə olacaq”.

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Sky Sport”la son razılaşmanın bütün dünyada idman həvəskarlarının yarışları izləməsinə imkan yaradacağını bildirib: “Mən belə bir nüfuzlu şəbəkənin bizim yayım tərəfdaşlarımız arasında olmasından çox məmnunam”.

Qeyd edək ki, “Sky Sport” Avropa Oyunlarını iki kanal vasitəsilə canlı yayımlayacaq.
(Apa)


Teqlər:





Xəbər lenti