12 iyunda nə etmək lazımdır? - DİN açıqladı
Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət görüb: “Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə olunub”.
Qeyd edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25 min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Teqlər: