Azərbaycanlı milyarder xaricdəki biznesini satdı
Məlumatda bildirilir ki, “Lukoyl” öz törəmə şirkətinin səhmlərini 100 faizini Estoniyanın “Olerex” yanacaq şirkətinə satıb.
“Lukoyl” şirkətinin Estoniyada səhmlərinin satılması bizim Avropada yanacaq bazarlarının optimallaşdırılması üzrə proqramın bir hissəsidir, - deyə “Lukoyl” şirkətinin vitse-prezidenti Vadimi Vorobyev satış barədə razılaşmanı şərh edərkən bildirib.
“Lukoyl”un Estoniyada 37 yanacaq doldurma məntəqəsi (YDM) var. Müqavilənin dəyəri hələ ki, açıqlanmır. Razılaşma qüvvəyə mindikdən sonra “Olerex” şirkəti Estoniyada ən böyük YDM şəbəkəsi olacaq. Onun YDM-lərin sayı 80-i keçəcək.
Qeyd edək ki, 2014-cü ildə “Lukoyl” Çexiya, Slovaki8ya və Macarıstandakı YDM-ləri satıb.
Eldar Tanrıverdiyev
Azvision.az