Putindən Avropa Oyunları ilə bağlı göstəriş

Putindən Avropa Oyunları ilə bağlı göstəriş
  02 İyun 2015    Oxunub:2748
Rusiyada bədən tərbiyəsi və idmanın inkişafı üzrə şura iclası keçirilib.
AzVision.az-ın Kremlin rəsmi saytına istinadla verdiyi məlumata görə, iclasda ölkədə idman sahəsi üzrə inkişafı məsələləri, peşəkar idmanın hüquqi nizama salınması, peşəkar idman təşkilatlarının fəaliyyətləri müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin iclasda çıxış edərək Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişi haqqında danışıb. RF prezidenti qeyd edib ki, "Bakı 2015" Avropa Oyunlarının proqramında 31 yarış var və bunlardan 11-i Braziliya Olimpiadası və Paralimpiadaya vəsiqə qazanmağa imkan verir.

V.Putin bildirib ki, rus idmançıların beynəlxalq yarışlara hazırlığı yüksək səviyyədə olmalıdır. Rusiya prezidenti 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı ilə bağlı da danışıb. O qeyd edib ki, çempionatın keçiriləcəyi vaxta qədər infrastruktur tikintisi və Rusiya yığmasının hazırlığı diqqətdə saxlanılmalıdır.

"Hər şeydən əvvəl bütovlükdə futbolun inkişafını nəzərdə tuturam. Xüsusilə Rusiya Federasiyasının regionlarında futbol inkişaf etdirilməldir. Şuranın növbəti iclasını bu mövzuya həsr etməyi məqsədəuyğun hesab edirəm", - prezident V.Putin vurğulayıb.


Teqlər:  





Xəbər lenti