İvanaşvili bir şəkilə 1,5 milyon pul verdi
İvanaşvili Pirosmanin əsərinə görə, 963 min funt sterlinq (1,5 milyon dollar) ödəyib. Bu şəkil məşhur rəssamın ən bahalı əsəridir.
“Gecə Arsenal dağı” 1907-1908-ci illərdə yağlı boya ilə çəkilib. İki sahib dəyişdikdən sonra rəsm əsəri Sovet hökuməti tərəfindən alınıb. 1957-ci ildə rəsm əsəri Lui Araqonun 60 illiyi ilə əlaqədar ona hədiyyə olunub. Daha sonra isə rəsm əsəri Moskvada şəxsi kolleksiyada olub. Daha sonra 2007-ci ildə əsər “Sotheby`s” hərracında Avropadan olan kolleksiyaçıya satılıb. 2010-cu ildə isə rəsm əsəri yenidən sahibini dəyişib.
2006-cı ildə İvanaşvili Pablo Pikassonun “Dora Maar pişiklə” əsərinə görə 95,2 milyon dollar ödəmişdi.
Niko Pirosmani dünyada ən məşhur gürcü rəssamlarından biridir. Primitivizm nümayəndəsidir. Onun yaradıcılığı XIX əsrin sonu XX əsrin əvvəlinə düşür.
Eldar Tanrıverdiyev
Azvision.az