Rus məmur azərbaycanlının katerindən itkin düşdü
LifeNews-un məlumatına əsasən, məmurun yıxıldığı gəminin sahibi 55 yaşlı biznesmen Teyfur Heybətovdur.
Milliyyətcə azərbaycanlı olan Heybətov əyalətdə iri inşaat şirkətinin rəhbəri və mesenat kimi məşhurdur.
O, yerli müəllim və məmurlara həvəslə yardım edir, bu dəfə də öz katerini Vitali Yermoşina ödünc verib.
Qeyd edilir ki, həmin gün kateri Yermoşin özü idarə edib. Mənbə qeyd edir ki, Grandezza markalı kater 5,5 milyon rubl dəyərindədir.
İlkin dəyərləndirməyə əsasən çay gəzintisi zamanı gəmi saya oturub, qubernator müavini göyərtəyə çıxıb və oradan suya yıxılıb.
Yermoşinin axtarışları davam edir, amma hələ ki, bir nəticə verməyib.
AzVision.az
Teqlər: