İŞİD Türkiyəyə yaxınlaşır - işğal davam edir
İŞİD yaraqlıları Soran Azaz şəhərini və yaxınlıqda yerləşən iki kəndi ələ keçirib.
Beləliklə, İŞİD yaraqlıları Suriyada müntəzəm olaraq Türkiyə ilə sərhədə yaxınlaşır.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
Azvision.az