Ermənistanda güclü partlayış: Ölən və yaralı var
Belə ki, yanacaq dolduran zaman “VAZ – 2101” markalı avtomobildə qaz balonu partlayıb. Partlayış nəticəsində yanacaq doldurma məntəqəsinin 55 yaşlı işçisi hadisə yerində ölüb. 29 yaşlı avtomobil sürücüsü isə xəstəxanaya çatdırılıb. Müayinədən sonra o evə buraxılıb.
Qeyd edək ki, bu Ermənistanda may ərzində baş verən dördüncü analoji haldır. Daha əvvəl partlayış İrəvanda baş vermişdi. Bu vaxt qaz stansiyasının damına ziyan dəymişdi. İkinci hal isə mayın 14-ü baş Qarni şəhərində vermişdi. Hadisə nəticəsində qaz stansiyasının əməkdaşı ölmüşdü. Daha bir hal isə Armavir vilayətinin Zvartnos kəndində qeydə alınmışdı. Bu partlayış nəticəsində isə ən azı 3 nəfər yaralanmışdı.
Eldar Tanrıverdiyev
Azvision.az