Prezident Türkiyədə istirahət edəcək

Prezident Türkiyədə istirahət edəcək
  01 İyun 2015    Oxunub:2302
Qırğızıstan prezidenti Almazbek Atambayev məzuniyyətə çıxıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəsmisi bildirib.

“Bu gün Almazbek Atambayev qısamüddətli məzuniyyətə çıxıb. O, bu məzuniyyətin bir hissəsini Türkiyədə, ailəsi ilə birgə keçirəcək”, - deyə mətbuat xidmətinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən illərdə Atambayev dəfələrlə Türkiyədə istirahətə və müalicəyə gedib. İki il bundan əvvəl prezident həkimlərin məsləhəti ilə Ankarada “Gülhanə” hərbi-tibbi akademiyasında tibbi yoxlanışdan keçib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti