Dəhşətli istilər Hindistanı qırır: 2200 ölü

Dəhşətli istilər Hindistanı qırır: 2200 ölü
  01 İyun 2015    Oxunub:1610
Hindistanda anomal istilər nəticəsində ölənlərin sayı 2200-ü ötüb. Əsasən, Andxra-Pradeş, Telanqana və Uttar-Pradeş ştatlarında temparturun yüksək olması ilə əlaqədar ölüm halları müşahidə olunur. Son sutka ərzində Uttar-Pradeş 22 nəfər insan günvurmadan dünyasını dəyişib.

Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar. Meteoroloqlar bir qədər əvvəl isti hava şəraiti həftəsonunadək davam edəcəyini proqnozlaşdırmışdlar.

Bu həftə ölkənin cənub bölgəsində mövsümi yağışlar gözlənilir.


Teqlər:





Xəbər lenti