Con Kerri qəzaya düşdü, ayağı sındı
`Dövlət katibinin vəziyyəti stabildir. Qəza nəticəsində o huşunu itirməyib`.
Bildirib ki, qəzadan sonra Kerri xəstəxanaya yerləşdirilib. Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevrədə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.
Hal-hazırda həkimlər Kerrinin müalicəsini davam etdirirlər. İlkin məlumatlara görə, qəza nəticəsində Kerrinin ayağı sınıb.
AzVision.az