Azərbaycan “Şərq Tərəfdaşlığı”ndan ayrılsın -Ukrayna
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev deyib. O, fikrini belə əsaslandırıb:
"Mənə elə gəlir ki, üç ölkə – Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmağın vaxtı çatıb. Biz bunu Riqa sammitində etməyə çalışdıq, yeri gəlmişkən biz Ukrayna, Moldova və Gürcüstanla bağlı üçtərəfli bəyanatı, yəni, dəqiq ayırmanı razılaşdırmışdıq".