Moskva-Bakı reyslərində problem

Moskva-Bakı reyslərində problem
  30 May 2015    Oxunub:2159
Bir neçə Moskva-Bakı aviareysi dünən axşam və şənbə gününə keçən gecə Bakıya gecikmə ilə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata əsasən, aviareyslərin yubanmasına səbəb əlverişsiz hava şəraiti olub: “Şeremetyevo aeroportundan uçan SU 1852 reysi üç saatlıq, Domodedovo aeroportundan uçan J2 857 reysi isə dörd saatlıq gecikmə ilə çatıb. Şeremetyevodan olan reysin yubanmasına görə əks istiqamətdə uçuş da gecikmə ilə həyata keçirilib”.

Hazırda reyslərin həyata keçirilməsi üzrə işlər normal qaydada davam edir. Moskvanın Şeremetyevo aeroportundan yola düşən reys Bakıya cədvəl üzrə saat 15:20-də çatacaq.


Teqlər:  





Xəbər lenti