ABŞ-da dəhşətli daşqınlar: 28 ölü - FOTOLAR

ABŞ-da dəhşətli daşqınlar: 28 ölü - FOTOLAR
  30 May 2015    Oxunub:1614
ABŞ-ın Texas və Oklohama ştatlarına yağan güclü leysan yağışları nəticəsində ölən şəxslərin sayı 28-ə çatıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Bundan əlavə son məlumatlara görə,15 nəfər itkin düşmüş hesab edilir.

ABŞ prezident Barak Obama Texas ştatını artıq fəlakət zonası elan edib. Ağ Evin bəyanatında bildirilir ki, ştat fəlakət zonası elan edildikdən sonra federal fonddan əhaliyə, iş adamlarına yardım məqsədilə maliyyə yardımı ayrılacaq.

Qeyd edək ki, Texasda davam edən daşqınlar səbəbindən 2 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb.

Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti