Prezident məmurlara 3 gün vaxt verdi

Prezident məmurlara 3 gün vaxt verdi
  30 May 2015    Oxunub:4341
Rusiya Prezidenti Vladimir Putin xidməti vəzifəni yerinə yetirərkən federal məmurlar və qubernatorlar tərəfindən alınan hədiyyələrin təslim edilməsi üçün üç gün vaxt verib.
Dövlət başçısı bununla bağlı müvafiq sərəncamı imzalayıb. Protokol tədbirlərində məmurlara verilən dəftərxana malları, güllər və mükafatlar istisna təşkil edir. Əgər hədiyyə xidməti ezamiyyət zamanı alınıbsa, o ezamiyyətdən qayıdandan sonrakı üç iş günündə təhvil verilməlidir.

Sərəncam Rusiya Təhlükəsizlik Şurasının katibi, federal icra hakimiyyəti orqanlarının rəhbərləri və Rusiya Federasiyasının subyektlərinin ən yüksək vəzifəli şəxslərinə aiddir.

Rusiya hökuməti 2014-cü ilin yanvarından başlayaraq məmurları aldığı hədiyyələr haqqında xüsusi strukturlara xəbər verməyə məcbur edir. Dmitri Medvedevin imzaladığı qərarla məmur 3 min rubldan bahalı hədiyyəni ala bilməz.


Teqlər:





Xəbər lenti