Andiçmə günü sui-qəsd: prezidenti öldürmək istədilər

Andiçmə günü sui-qəsd: prezidenti öldürmək istədilər
  29 May 2015    Oxunub:2631
Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı onun inaqurasiya mərasimi günü sui-qəsd hazırlanıb.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik İdarəsinin rəhbəri Valeriy Qeletey bildirib.

Onun sözlərinə görə, Poroşenkonun kortejinin keçdiyi yolda içərisi mismarlar və partlayıcı qurğularla dolu vedrə aşkarlanıb. Vedrə Kiyevdə yerləşən Prezident Administrasiyanın hasarına bərkidilib. Partlayıcı qurğu mobil telefonun siqnalı əsasında işə düşməli idi.

Vedrə sırf təsadüf nəticəsində aşkarlanıb. Mühafizəçilər kolluqda səs eşitdikdən sonra ərazini yoxlamağa başlayıblar. Ehtimal olunur ki, səs Poroşenkoya sui-qəsd etmək istəyən şəxsin ehtiyatsızlığından yaranıb. Sui-qəsdi törətmək istəyən şəxsin taleyi barədə məlumat verilmir.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenkonun inaqurasiya mərasimi iyunun 7-i 2014-cü ildə Ali Radanın binasında baş tutub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti