Prezidentin dükanı atəşə tutuldu

Prezidentin dükanı atəşə tutuldu
  29 May 2015    Oxunub:1672
Kiyevdə naməlum şəxslər "Muxa" qumbaraatanından "Roşen" qənnadı mağazasını atəşə tutub.
Musavat.com xəbər verir ki, məlumatı "112 Ukraina" telekanalı yayıb.

Ukrayna prezidenti Petro Poroşenkoya məxsus şirkətin mağazasının atəşə tutulması nəticəsində divarda iri dəlik əmələ gəlib.

Mağazada yanğın baş verməsə də, tüstülənmə müşahidə olunub.

İnsident Kiyevin Obolon rayonunda qeydə alınıb. Milis ərazini mühasirəyə alıb, hadisəni törədənlərin tutulması üçün əməliyyat başlayıb.


Teqlər:  





Xəbər lenti