`Neftin qiyməti 75 dollar olacaq` - Azərbaycanlı milyarder
“Neftin qiyməti 3-7 ili əhatə edəcək ortamüddətli perspektivdə 75-80 dollardan yuxarı olacaq”, - deyə Lukoyl prezidenti vurğulayıb.
Texasda neft üzrə beynəlxalq konfransda çıxış edən “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov deyib ki, neftin qiymətinin aşağı düşməsi davam etməyəcək.
Ələkbərov vurğulayıb ki, Rusiyada neft hasilatı tezliklə sabitləşəcək və yaxın perspektivdə bir az azalacaq: “Biz əminik ki, Arktikada böyük ehtiyatların işə salınması ilə Rusiya yenidən neft hasilatı üzrə liderliyə qalxacaq”.
Eldar Tanrıverdiyev
Azvision.az
Teqlər: