`Putinin nüvə bəyanatları çox təhlükəlidir`

`Putinin nüvə bəyanatları çox təhlükəlidir`
  28 May 2015    Oxunub:1540
NATO və Rusiya arasında gərginlik böyüyür
NATO bütün Avropa ölkələrinin suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə müdafiə edəcək.

AzVision.az-ın məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq bildirib.

O, Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində bəyanatla çıxış edib, Rusiyanın Ukrayna və digər ölkələrdəki hərəkətlərinə toxunub.

Onun sözlərinə görə, Rusiya hərbi gücünü təcavüzkar millətçiliyin qızışması ilə təsdiqləməyə çalışır və qonşu ölkələri təsir dairəsinə salmaq, onların torpaqlarını zəbt etmək haqqına sahib olduğunu önə çəkir: "NATO Rusiyanın qonşuları olan Gürcüstan, Moldova və Ukraynanın sabitliyini və müstəqilliyini qorumağa davam edəcək. Bu ölkələr bufer zonası deyil, onlar müstəqil dövlətlərdir. Onların müstəqil yollarını seçmək haqqı var və biz bu yolda onlara kömək göstərəcəyik”.

Y.Stoltenberq xüsusi vurğulayıb ki, Rusiyanın nüvə silahı ilə bağlı bəlağətli bəyanatları dərin narahatlıq doğurur və bu, təhlükəlidir.(anspress)


Teqlər:  





Xəbər lenti