Azərbaycanlı polisi meşədə öldürdü
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Moskva polisinin mühafizə idarəsinin əməkdaşı olan serjant Andrey Bannov dairəvi yolda hərəkət edən şübhəli avtomobili saxlamağa cəhd edərkən qətlə yetirilib.
Qatilin kimliyini onun avtomobildə atıb qaçdığı mobil telefonla müəyyən etmək mümkün olub.
Xəbərə görə, serjant həmkarları ilə birlikdə şübhəli maşını görərək onu təqib etməyə başlayıb. Sürücü dayanmaq tələbinə məhəl qoymayıb, patrul polisi maşını saxlamaq üçün yolu bağlayıb. Bu zaman maşında olan şəxslər düşərək yolun kənarındakı meşəyə qaçıblar.
Bannov onların dalınca qaçıb, bu zaman şübhəlilərlə polis arasında əlbəyaxa dava başlayıb. Onlardan biri bıçağı çıxararaq polis serjantını vurub. Serjant aldığı xəsarətlərdən yerində keçinib.
Hadisədən dərhal sonra Moskva polisinə həyəcan siqnalı verilib, cinayətkarın axtarışı başlayıb. Polis şübhəli “QAZel” avtomobilinin sahibinin kimliyini müəyyən edib və onun avtomobil bazasına baxış keçirib. Məlum olub ki, onun adına daha 5 avtomobil qeydiyyatdadır. Şübhəli “QAZel” isə mağazadan oğurluq zamanı videomüşahidə kameralarına düşüb.
Hazırda serjantı qətlə yetirən Azərbaycan vətəndaşının axtarışına Moskva polisinin əsas qüvvələri cəlb edilib.
Teqlər: