Türklər `New York Times`ı dağıtdı

Türklər `New York Times`ı dağıtdı
  28 May 2015    Oxunub:1890
“Türk Hack Team” qruplaşmasının hakerləri “New York Times” qəzetinin saytlarına hücum edib və onlara girişi bağlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xakerlər bu addımın səbəbini qəzetin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumətini hədəfə alması və ABŞ-la NATO-nu hərəkət keçməyə çağırması ilə izah ediblər.

Gecə saatlarında baş tutan kiber hücumda eyni vaxtda onlarla haker iştirak edib. “Türkiyə üzərindəki qara bulıudlar” başlığı ilə yazı dərc edən xakerlər törətdikləri hücumun səbəblərini açıqlayıblar.

“New York Times”ın ingilis (homedelivery.nytimes.com) və ispan dilində (es.nytimes.com) fəaliyyət göstərən saytları, blogu(blog.nytimes.com),tətbiqetməsi (app.nytimes.com) və qeydiyyat sistemi (register.nytimes.com) dağıdılıb və nəticədə qəzetə külli miqdarda ziyan dəyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti