Toni Bleyer istefa verdi

Toni Bleyer istefa verdi
  28 May 2015    Oxunub:2019
Sabiq İngiltərə baş naziri Toni Bleyer Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyi vəzifəsindən istefa verib.
İsrail-Fələstin probleminin həlli üçün ABŞ, AB, BMT və Rusiya tərəfindən yaradılan Yaxın Şərq Dördlüyündə təxminən 8 ildir xüsusi nümayəndə olan Bleyerin istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın 1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri olan Toni Bleyer Leyboristlərin tarixində ən çox partiya liderliyində qalmış şəxsdir.

XX əsrdə ancaq Bleyerr və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.(Ans)


Teqlər:





Xəbər lenti