Dəhşətli istilər can alır: 1200 ölü
Ölkədə ən dramatik vəziyyət Andxra Pradeş və Telanqa ştatlarında müşahidə olunur. Belə ki, son 24 saat ərzində bu ştatlarda ən azı 1000 nəfər ölüb.
Ən yüksək temperatur – 47 dərəcə isti Andxra Pradeş ştatında, Maçilipatan və Tuni şəhərlərində qeydə alınıb.
Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.
Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.
Eldar Tanrıverdiyev
Azvision.az
Teqlər: