Vahid Ələkbərov “Spartak”a ildə 60 milyon pul verir?
“İldə 60 milyon dollar olan digər xərcləri ayrı-ayrı şəxslər ödəyir: Mən və Fedun ( “Lukoyl”-ın vitse-prezidenti Leonid Fedun), - deyə Ələkbərov vurğulayıb.
Azərbaycanlı oliqarx, həmçinin qeyd edib ki, Fedun “onunla yaşayır”, lakin o özü azarkeş deyil. “Lukoyl” rəhbəri ümid edir ki, “Spartak” növbəti mövsüm çempion olacaq.
Qeyd edək ki, ötən həftə “Spartak” klubunun sahibi və direktorlar şurasının sədri Leonid Fedun klubun birbaşa idarə olunması işlərindən gedəcəyini açıqlamışdı. Biznesmen, həmçinin klubun maliyyələşdirilməsinin davam etdiriləcəyini də vurğulamışdı.
Eldar Tanrıverdiyev
Azvision.az