Rusiyaya təcili 7 trilyon pul lazımdır
Onun sözlərinə görə, Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda ölkə iqtisadiyyatının dirçəlişi üçün Rusiyanın bu il 7 trln. rubla ehtiyacı var: ` Bu məbləğin 2 trln. rublu ixracı dəstəkləməyə və idxalı ödəməyə, digər 5 trln. rubl isə xarici borcun ödənilməsinə yönəldiləcək`.
O, eyni zamanda Qərbin Rusiya üçün kreditləri kəsdiyini, buna görə ölkənin bu il 5 trln. rubl borc ödəməli olduğunu da qeyd edib: `Rusiyada banklar əhalini o qədər borclandırıblar ki, banklar özləri xalis kreditora çevrilib`.