Erməni idmançılara vəd: `Bakıda birinci olana 50 min veriləcək`
Ermənistan 12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 idmançı göndərəcək. Erməni idmançılar 6 idman növündə (taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşi) yarışlara qatılacaqlar. Baş katibin sözlərinə görə, Bakıdakı yarışa Olimpiya Oyunlarının gümüş medalçısı Arsen Culfalakyan və bürünc mükafatçı Artur Aleksanyan qatılmayacaq. Rostomyanın sözlərinə görə, bu qərarı idmançıların özləri veriblər.
Eldar Tanrıverdiyev
Azvision.az