Obamanın qızına elçi düşdü: “50 inək, 70 qoyun verirəm”

Obamanın qızına elçi düşdü: “50 inək, 70 qoyun verirəm”
  27 May 2015    Oxunub:4278
Keniyadan olan bir vəkil Feliks Kipron Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın 16 yaşlı qızı Malia Obamaya elçi düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil bu barədə “The Nairobian” qəzetinə müsahibəsində danışıb. Malia üçün başlıq pulu da təklif edən Feliks bildirib ki, başlıq əvəzi 50 inək, 70 qoyun və 30 keçi verə biləcək.

O həmçinin vurğulayıb ki, Barak Obamanın iyul ayında Keniyaya gözlənilən səfəri zamanı bu məsələ ilə bağlı prezidrentlə görüşüb müzakirə etmək istəyir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti