ABŞ Ukraynada döyüşdən imtina etdi

ABŞ Ukraynada döyüşdən imtina etdi
  27 May 2015    Oxunub:1824
ABŞ hərbçiləri Ukrayna ərazisində döyüşlərə cəlb edilməyəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

“ABŞ Ukrayna uğrunda döyüşə getməyə hazır deyil. Lakin ABŞ və NATO üzrə tərəfdaşlarımız Ukraynaya Rusiya tərəfdən üzləşdikləri təhdidlərə qarşı yardım etmək imkanına malikdirlər”, - deyə AĞ Ev rəsmisi bildirib.

Bundan əlavə Ernest Ukrayna və İraqdakı vəziyyəti də müqayisə edib. Onun sözlərinə görə, ABŞ İraqda aktiv hərbi əməliyyatlar həyata keçirir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti