`Skype`a qarşı cinayət işi açıldı - Ermənilərə görə

`Skype`a qarşı cinayət işi açıldı - Ermənilərə görə
  27 May 2015    Oxunub:3120
Belçikanın Mexelen şəhər prokurorluğunda “Skype” internet telefoniya xidmətinə qarşı cinayət işi başlanıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belçikanın La Libre nəşri məlumat yayıb.

Məlumata görə, servis 2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.

Erməni cinayətkarların “Skype” internet telefoniya xidmətindən fəal istifadə etdiyi qeyd olunur. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini məhz “Skype” vasitəsilə razılaşdırıblar.

2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən imtina edib.

Prokurorluq şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir.


Teqlər:





Xəbər lenti