Ermənistan Avropa Oyunlarına 25 idmançı göndərəcək

Ermənistan Avropa Oyunlarına 25 idmançı göndərəcək
  26 May 2015    Oxunub:2071
Ermənistan 12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 idmançı göndərəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan bildirib.

Baş katibin vurğulayıb ki, erməni idmançılar 6 idman növündə yarışlara qatılacaqlar. Baş katibin sözlərinə görə, Bakıdakı yarışa Olimpiya Oyunlarının gümüş medalçısı Arsen Culfalakyan və bürünc mükafatçı Artur Aleksanyan qatılmayacaq. Rostomyanın sözlərinə görə, bu qərarı idmançıların özləri veriblər.

Baş katibinin sözlərinə görə, erməni idmançılarının Bakıda təhlükəsizliklə bağlı bütün məsələlər çoxdan həll edilib: “Hazırda təhlükəsizliklə bağlı heç bir əndişə və ya problem yoxdur”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti