Azərbaycanlı təyyarədə damarlarını doğradı

Azərbaycanlı təyyarədə damarlarını doğradı
  26 May 2015    Oxunub:2982
“Moskva-Sankt-Peterburq” reysi ilə uçan təyyarədə intihara cəhd olub.
Məlumata görə, may ayının 25-də saat 23.00-də bir kişi Pulkova hava limanında təyyarənin tualetinə girərək qapını bağlayıb. Kişi "mən daha belə yaşamaq istəmirəm", deyərək damarlarını doğrayıb.

Bunu görən stüardessa fövqəladə vəziyyət əməkdaşlarını çağırıb. Həmin şəxs xilas edilib və xəstəxanaya çatdırılıb. Hüquq mühafizə orqanları 62 yaşlı kişinin Azərbaycan vətəndaşı olduğunu və intihara cəhd etdiyini təsdiqləyib.

Lakin onun əməlinin dəqiq səbəbləri haqqında məlumat verilməyib. Sank-Peterburq hüquq-mühafizə orqanları təyyarədə intihara cəhd faktı ilə bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti