`Eurovision`un mavi qalibinə ölüm hədəsi

`Eurovision`un mavi qalibinə ölüm hədəsi
  26 May 2015    Oxunub:2098
“Eurovision – 2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Mons Selmerlev ölümlə təhdid olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ayağını Albaniyanın bayrağının üzərinə qoyaraq divanda şəkil çəkdirib və onu sosial şəbəkələrdə paylaşıb.

Albanların qəzəbinə səbəb olan görüntü geniş müzakirə doğurub və fotoya rəy yazanlardan bəziləri onu ölümlə hədələyib.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision -2015” mahnı müsabiqəsinin finalında isveçli müğənni Mons Selmerlev “Heroes” adlı mahnı ilə qalib gəlib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti