TANAP 2018-ci ildə işə düşəcək

TANAP 2018-ci ildə işə düşəcək
  26 May 2015    Oxunub:1936
“2018-ci ildən etibarən TANAP vasitəsilə qaz nəqlinə başlanacaq”.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət kəsb edir deyən Ərdoğan bildirib ki, layihə enerji təhlükəsizliyi və enerji resurslarının mənbələrinin diversifikasiyası baxımından çox önəmlidir.

Eyni zamanda ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrini də yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti