`Rusiya üçün ölməyə hazıram` - Jerar Depardye
“Rusiya üçün ölməyə hazıram. Çünki burada insanlar güclüdür. Mən Fransada səfeh kimi ölmək istəmirəm”, - deyə Depardye vurğulayıb.
Aktyor eyni zamanda bəyan edib ki, heç vaxt özünü fransız hesab etməyib və onun böyüdüldüyü dəyərləri bölüşmür. Mən heç nəyə inanmıram: “Xüsusilə özümə. Bəzən gecələr öz yatağımda əbədi yatmaq istəyirəm”.
Qeyd edək ki, daha əvvəl Kann kinofestivalı zamanı Depardye Rusiya prezidenti Vladimir Putinə olan sevgisini etiraf edib. O, həmçinin qeyd edib ki, müharibəni sevmir və Ukraynada baş verənlərə görə şokdadır.
Eldar Tanrıverdiyev
Azvision.az