“İraq ordusu İŞİD-lə vuruşmaq istəmir” – Pentaqon

“İraq ordusu İŞİD-lə vuruşmaq istəmir” – Pentaqon
  25 May 2015    Oxunub:1557
İraq ordusu İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqları ilə vuruşmaq istəmir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Müdafiə nazirin sözlərinə görə, İraq ordusu vuruşmaq istəmədiyinə görə, İŞİD Ər-Ramadi şəhərini tutub.

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın mərkəzində yerləşən Ər-Ramadi (Ənbar vilayəti) şəhərini nəzarətə götürüb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti