Nepalda növbəti fəlakət

Nepalda növbəti fəlakət
  25 May 2015    Oxunub:1724
İki ardıcıl dağıdıcı zəlzələdən sonra Nepalın şimal-şərq bölgəsi indi də daşqın təhlükəsi ilə üzləşib.
Baş vermiş torpaq sürüşməsi Kaliqandaki çayının məcrasını bağladığından sel riski zonasında olan kənd və qəsəbələrdən minlərlə insan evakuasiya olunub.

Dövlət administrasiyasının rəhbəri Yam Bahadur Çoxal mətbuata verdiyi açıqlamada torpaq sürüşməsinin 2 kilometr uzunluqlu gölün əmələ gəlməsinə səbəb olduğunu bildirib.

Böyük dağıntıların baş verdiyi Katmandudan 200 kilometr şimal qərbdə yerləşən Bəni Bazar əyalətində daşqınlar gözlənildiyindən əhali daha yüksək ərazilərə köçürülüb.

Seysmoloji proseslərin fəallaşması nəticəsində Nepalda aprelin 25- və mayın 12-də dağıdıcı yer atlı təkanlar baş verib.

Zəlzələ nəticəsində ümumilikdə 8700 nəfərə yaxın insan həlak olub, 17 minə yaxın insan yaralanıb. Yeraltı təkanlar ölkədə sonradan torpaq sürüşmələrinə yol açıb.


Teqlər:  





Xəbər lenti