Xamneyi 100-dən çox məhbusu əfv etdi

Xamneyi 100-dən çox məhbusu əfv etdi
  24 May 2015    Oxunub:1289
İranın dini lideri fərman imzalayıb.
İranın dini lideri Ayətullah Əli Xamneyi Xürrəmşəhr şəhərinin azad edilməsinin il dönümü ilə bağlı amnistiya elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ayətullah Əli Xamneyinin rəsmi syatında məlumat verilir.

İranın məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani dini lider Ayətullah Əli Xamneyiyə 102 məhbusun əfv və cəzasının azaldılması barədə apellyasiya təqdim edib.

Ayətullah Əli Xamneyi müvafiq fərman imzalayıb.

Qeyd edək ki, İran konstitusiyası məhkəmə sisteminin rəhbərinin tövsiyəsi ilə ali dini liderə əfv etmək hüquu verir.


Teqlər:





Xəbər lenti