Türkcə AŞPA-da rəsmi dil oldu
Şuranın Daimi Komissiyası Sarayevoda keçirdiyi yığıncaqda Türkiyǝ barǝdǝ iki önǝmli qǝrar qǝbul edib.
Avropa Şurası Parlament Assambleyası türkcǝni rǝsmi çalışma dili qǝbul edǝn vǝ Türkiyǝnin üzv sayını 12-dǝn 18-ǝ çıxarmağı nǝzǝrǝ alan qanunu tǝsdiqlǝyib. Bununla da Türkiyǝ Avropa Şurası Parlament Assambleyasında İngiltǝrǝ, Fransa, Almaniya, İtaliya vǝ Rusiya kimi 18 deputatla tǝmsil olunacaq. Qǝrarın qǝbul edilmǝsinǝ Türkiyǝnin Avropada ǝhali sayının ǝn çox olduğu üçüncü ölkǝ olması öz tǝsirini göstǝrib.
Daimi Komissiya ayrıca italyanca, rusca vǝ almancadan sonra türkcǝni dǝ rǝsmi iş dili olaraq qǝbul edib. Türkcǝnin rǝsmi dil olması ilǝ iclaslardakı fǝaliyyǝtlǝr vǝ sǝnǝdlǝr türkcǝyǝ tǝrcümǝ edilǝcǝk. Həmçinin türkiyəli deputatlar iclaslarda türkcǝ çıxış edǝ bilǝcǝklǝr.
Qǝrarı Avropa Şurası Nümayǝndǝlǝr Komitǝsinin iyun ayında “formal” olaraq tǝsdiq etmǝsi gözlǝnilir.