Azərbaycanlılar Londonda etiraza qalxdı

Azərbaycanlılar Londonda etiraza qalxdı
  24 May 2015    Oxunub:2941
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərimizdə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi və ədalətin bərqərar olması tələbi ilə həmvətənlərimiz Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin heç bir hüquqi əsası olmayan iddialarını qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin qanunsuz olaraq girov götürülməsi və uydurma məhkəmə prosesi ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Həmvətənlərimiz azad olunsun!”, “Qarabağ Azərbaycanındır” şüarlarını səsləndiriblər.

İki saat davam edən aksiyadan sonra iştirakçılar Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini yad ediblər. Onlar Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasının qarşısına güllər düzərək şam yandırıblar. Həmvətənlərimiz mərhumların ruhuna dualar oxuyub, xəsarət alanlara şəfa diləyiblər.(Azərtac)


Teqlər:  





Xəbər lenti