`İstefa verməyə hazıram` - Baş nazir

`İstefa verməyə hazıram` - Baş nazir
  23 May 2015    Oxunub:6407
`Tutduğumuz mövqeyə görə bizi, təmsil etdiyimiz partiyanı aşağılamağa çalışırlar`
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Son günlər ölkə müxalifəti tərəfindən tənqidlərə məruz qalan baş nazir lazım gələrsə, Türkiyənin mənafeyi üçün vəzifəsindən getməyə hazır olduğunu bildirib:

`Hazırda insanları həyəcanlarından yeganə partiya Ədalət və İnkişaf Partiyasıdır, Ölkədə belə güclü ikinci bir partiya yoxdur. Hədəfimiz güclü iqtidara nail olmaqdır. Mən ölkəmin mənfəəti üçün lazım gələrsə, tutduğum vəzifədən istefa verməyə hazıram. Bunu 8 ay ərzində bir saat da olsa dincəlməmiş adam deyir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti