Məmmədyarov Moskvada Qarabağı müzakirə edəcək

Məmmədyarov Moskvada Qarabağı müzakirə edəcək
  23 May 2015    Oxunub:1962
Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edərək Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Bu barədə jurnalistlərə nazir E.Məmmədyarov özü məlumat verib. Nazir qeyd edib ki, sabah, mayın 24-də Rusiyaya səfər edəcək və mayın 25-də rusiyalı həmkarı S.Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşü nəzərdə tutulub.

S.Lavrovla əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.
(Report)


Teqlər:





Xəbər lenti